Ukrayna əks-hücum əməliyyatına başladı - “Qələbə xəbərləri olacaq”
“Ukrayna qoşunları Xarkov, Sumıda əks-hücum əməliyyatına başlayıb, həmçinin, Kiyev və Xerson vilayətlərində də bunu davam etdirir”.
“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirilən brifinqdə deyib.
“Düşmənin indi iki əsas vəzifəsi var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun mühasirəsini başa çatdırmaq və cənubda - Xerson bölgəsində müdafiəni saxlamaq...
Əgər düşmənin cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək”, - o bildirib.
Eyni zamanda, Arestoviç növbəti və ya iki həftənin “qeyri-bərabər” olacağı barədə xəbərdarlıq edib:
“Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.