“Ordumuzun yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir” - Sahibə Qafarova
“Azərbaycan əks-hücum əməliyyatlarını davam etdirir. Düşmənin hərbi texnikası və canlı qüvvəsi Azərbaycan ordusu tərəfindən məhv edilir. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır:
“Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.