“Təslim olan hərbçilərin təhlükəsizliyinə zəmanət veriləcək” - Zelenskinin müşaviri
- 28-02-2022, 11:58
- Dünya
Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç Rusiya və Belarus ordusunun əsgərlərini cinayət xarakterli əmrləri yerinə yetirməməyə, silahı yerə qoymağa və təslim olmağa çağırıb.
“Azadsəs.az”nun Ukrayna mediasına istinadən xəbərinə görə, o bildirib ki, təslim olan hər bir əsgərə təhlükəsizlik zəmanəti təqdim ediləcək.
“Biz təslim olmağı utancverici bir şey hesab etmirik, əksinə bunu edərək diktatorların əlində marionet olmaqdan imtina edərək cəsarətli şəxsi seçim edirsiniz. Silahı yerə qoyduğu təqdirdə hər bir əsgərə təhlükəsizlik zəmanəti veriləcək. Bəzi Avropa ölkələri, xüsusən də Latviya öz növbəsində təslim olan rusiyalı əsgərlərə siyasi sığınacaq verəcəklərini vəd ediblər”, - deyə Arestoviç bildirib.