Zelenski-Putin görüşü nə vaxt baş tuta bilər?
“Ukrayna və Rusiya prezidentlərinin görüşü sülhün bərpası üçün açardır. Belə bir sammit təkbətək söhbət üçün mümkün kompromislər işlənib hazırlandıqda baş tuta bilər”.
“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.
“İstənilən prinsipial qərarlar yalnız hər iki ölkənin prezidenti – Rusiya və Ukrayna liderlərinin görüşündə qəbul oluna bilər”, – deyə Podolyak qeyd edib.
Onun sözlərinə görə, Zelenski bu gün iki ölkə arasında baş verənlərin bütün aspektlərini dəqiq dərk edən yeganə şəxsdir.