Türkiyə azərbaycanlıları ölüm bəlası yayılan şəhərdən çıxardı FOTO
- 1-02-2020, 11:04
- Manset
Uhandan 42 nəfəri gətirən "Koca Yusuf" Türkiyəyə qayıtmaq üçün havaya qalxıb
Koronovirusun yayıldığı Çinin Uhan şəhərindəki azərbaycanlıları gətirən Türkiyəyə məxsus təyyarə geri qayıdır. İstiPress-in məlumatına görə, təyyarə şəhərdən 48 nəfəri gətirməli idi. Lakin 6 nəfər geri qaytımaq fikrindən daşınıb. Bunun üçün də təyyarə 42 nəfərlə yola çıxıb. Onların arasında 7 azərbaycanlı da var. Türkiyəyə gətirilməsi üçün hazırlanan "Koca Yusuf" adlı təyyarə ötən gün Ankaradan havaya qalxıb və Uhana gedib.
Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasına görə, türk və dost ölkələrin vətəndaşlarını götürən təyyarə dönüş üçün Uhan şəhərindən havaya qalxıb.
Xatırladaq ki, təyyarədə olanların hamısı, o cümlədən pilotlar və tibbi personal 14 gün müddətinə karantinə alınacaq.
Xatırladaq ki, virusun yayaıldığı şəhərdən çıxarılanlar təcili yardım təyyarəsinə çevrilən "Koca Yusuf" adlı hərbi yük təyyarəsi ilə xüsusi hazırlanmış geyimlərdə gətirilirlər. Səhiyyə naziri Fahrettin Koca bir neçə gün öncə verdfiiy açıqlamada bildirmişdi ki, hələlik həmin şəxslərdə xəstəliyin hər hansı əlaməti yoxdur. "Geri dönüş zamanı hər kəsəs ayrı-ayrılıqda paketlənmiş qidalar veriləcək. Zibil atmaq üçün də hər kəsə bir dəfəlik istifadə üçün ağzı büzgülü torbalar veriləcək. Eyni anda birdən artıq şəxsin maskasını çıxararq yemək yeməsinə və içki qəbuluna icazə verilməyəcək.
Sərnişinlər çatdıqdan sonra heç kimlə təmas etmədən transfer maşınına mindiriləcəklər. Təyyarə də "2019-nCoV" təlimatına uyğun təmizlənəcək. Gətirilən şəxslər, o cümlədən pilot və tibbi personal 14 gün müddətində başqa xəstələrlə təmasdan qaçmaq üçün xüsusi şifrələrlə girilən xüsusi xəstəxana otaqlarında yerləşdiriləcəklər. Otaqların qapı və pəncərələri qapalı olacaq".