Azərbaycanın 2 qonşusu ölkədən tibbi maska çıxarmağı qadağan etdi
- 4-03-2020, 13:31
- Cəmiyyət
Buna səbəb koronavirus təhlükəsinin artmasıdır
Türkiyənin Ticarət Nazirliyi koronavirus təhlükəsi yarandıqdan sonra tibbi maskaların qiymətlərini süni şəkildə artıran 19 şirkətlə bağlı araşdırmaya başlayıb. Qiymət artımına yol verən 9 şirkət 17 min dollar civarında cərimələnib.
Nazir Ruhsar Pekcanın sözlərinə görə, yoxlamalar hələ də davam edir. Onun sözlərinə görə, Türkiyədəki maska istehsalı yerli təlabatı qarşılaya biləcək vəziyyətdədir. "Məqsədimiz istehsalçıların və ixracatçımızın qarşısını almaq deyil. İlk öncə daxili bazarı təmin etməliyik", - o deyib.
Ticarət Nazirliyinin qəbul etdiyi və bu gündən qüvvəyə minmiş qərara əsasən, tibbi maskaların, qoruyucu iş paltarlarının, kimyəvi maddələrə qarşı istifadə olunan qoruyucu xalatların, eynəklər ixrac üçün ön icazəyə ehtiyac duyulan mallar siyahısına əlavə edilib.
Bənzər addım Rusiyada da atılıb. TASS-ın məlumatına görə, virus təhlükəsinin artımı ilə bağlı olaraq martın 2-dən iyun ayının 1-dək ölkədən bəzi tibbi məhsulların çıxaırlması qadağan edilib. Bu barəd baş nazir Mixail Mişustin əmr imzalayıb. Bu siyahıda tibbi maskalar, kimyəvi məhsullardan müdafiə edən xalat və kostyumlar, baxil, bint, marla, tibbi əlcəklər, dezinfeksiya vasitələri və s var.
Sözügedən qadağa humanitar yardım, eləcə də şəxsi istifadə üçün nəzərdə tutulan məhsullara aid deyil.