Avropanın ən böyük hava yolu şirkəti iflasın astanasındadır
- 13-01-2020, 19:08
- Cəmiyyət
Avropanın ən böyük müstəqil hava yolu şirkəti olan Böyük Britaniyanın “Flybe” şirkəti fəaliyyətini davam etdirmək üçün təcili olaraq kredit cəlb etmək barədə danışıqlar aparır.
“Azadsəs” “SkyNews”ə istinadən xəbər verir ki, məsrəflərin ifrat artması ilə üzləşən şirkət bunun fəsadlarını aradan qaldırmağa çalışır.
Halbuki “Virgin Atlantic” şirkətinin başçılıq etdiyi sərmayəçilər konsorsiumdan yardım aldıqlarının üstündən heç bir il keçməyib. Qeyri-rəsmi məlumatlara görə, hökumət də “Flybe”ni böhrandan çıxartmaq üçün danışıqlarda iştirak edir.
Qeyd edək ki, 74 ədəd təyyarə ilə Avropanın 85 hava limanı arasında daşımalar həyata keçirən “Flybe” şirkətinin illik sərnişin dövriyyəsi 8 milyon nəfərə yaxındır.