“Ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq” - Prezident
“Ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq, dünən baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir”.
“Azadsəs.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq:
“Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər”.