“Biz istəyirik ki, Ermənistan qatarları Naxçıvan vasitəsilə İrana getsin” - Paşinyan
- 14-11-2020, 09:56
- Siyasət
Ermənistan Naxçıvan vasitəsilə İrana dəmir yolu imkanı əldə edə bilər, amma Türkiyə ilə sərhədlər açılmayacaq.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açılmayacaq, çünki Türkiyə Qarabağla bağlı üçtərəfli bəyanatın iştirakçısı deyil.
"Amma biz Ermənistandan Naxçıvan vasitəsi ilə İrana dəmir yolunun açılmasını istəyirik. Biz, həmçinin Rusiyaya ikinci yol istəyirik. Bu sənəd sayəsində belə bəndlər həyata keçirilə bilər. Bu, danışıqlar məsələsidir", - Paşinyan bildirib.Virtualaz.org