azadses.az » Siyasət » Ali Baş Komandan: "Onların ordusu qaçır"

Ali Baş Komandan: "Onların ordusu qaçır"

"Ermənistan-Türkiyə sərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər".
''Azad Səs'' xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
Prezident bildirib ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur: "Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumata görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyət çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik".Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda zavodda yanğının söndürülməsi zamanı FHN əməkdaşı xəsarət alıb
  2. Bakıda 12 yaşlı piyadanı avtomobil vurub
  3. Nərimanov rayonunda 28 yaşlı gənci avtomobil vurub
  4. Nəsimi rayonunda yol qəzası olub, xəsarət alan var
  5. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  6. Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar
  7. Bakıda gənc sərnişin yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 56 yaşlı qadını avtomobil vurub
  9. Bakıda 19 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  10. Abşeronda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. "Report" xəbər verir ki, sənəd qəbulu Ətraflı
Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. DİM-dən Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
“Betmen”in ulduzu Hollivuddakı evini gizli şəkildə satıb
“Betmen”in ulduzu Hollivuddakı evini gizli şəkildə satıb
Alla Puqaçova yenə yaşayış yerini dəyişir
Alla Puqaçova yenə yaşayış yerini dəyişir
Səidə Sultan: “Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar”
Səidə Sultan: “Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar”
Adeldə bədən titrəmələri başlayıb
Adeldə bədən titrəmələri başlayıb