Baş prokuror: "Bu hadisənin siyasi və hərbi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq"
- 17-10-2020, 09:15
- Manset
"Biz onu müşahidə edirik ki, cəbhə bölgəsində, döyüş bölgəsində Ermənistan ordusu məğlubiyyətə uğradıqca, çarəsizlikdən dinc əhaliyə qarşı hücumlarını şiddətləndirirlər, intensivliyi artırırlar. Bu da onların acizliyindən xəbər verir. Amma hesab edirəm ki, bu dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyi ağlını itirib. Bu. bəşəriyyət, insanlıq əleyhinə ciddi cinayətdir. Bunun həm hüquqi, həm də siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq".
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.
"Cənab Prezident tərəfindən həm siyasi, həm də hərbi sahədə buna adekvat cavab verəcək. Çünki bu, artıq Ermənistan rəhbərliyi üçün aqoniyadır. Onlar aqoniyaya başladıqca, öz sonlarının başladığını hiss etdikcə, bu kimi addımlara əl atırlar. Ağılsız addımdır. Bu, Azərbaycanın dinc əhalisi arasında panika yaratmaq məqsədi daşıyır. Amma alınan deyil. Oktyabnrın 11-dəki hadisə zamanı da bura gəlmişdim. Onda da şahidi oldum. Gəncə əhalisi qoçaq, mərd camaatdır. Onları qorxutmaq mümkün deyil. Hesab edirəm ki, bu da növbəti mərhələdir. Xalqımız bunu da ləyaqətlə yaşayacaq, keçəcək. Ümid edirəm ki, indi olduğu kimi, Qarabağda, döyüş bölgəsində qələbə axıradək bizimlə olacaq", - Baş prokuror bildirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.