Qarabağda gərginlik arta bilər - MÜHARİBƏ YENİDƏN BAŞLAYIR?
- 10-02-2021, 11:36
- Siyasət
Noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata zidd formada, Ermənistanın baş prokuroru Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər edib. Səfər zamanı A.Davtyan separatçıların rəhbəri Araik Arutyunyanla görüşüb.
Qanunsuz şəkildə edilən səfərlər haqqında Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, rus sülhməramlıları özbaşına hərəkətlərə davam edərlərsə, bölgədə gərginlik yenidən arta bilər:
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan sonra Laçındakı buraxılış məntəqəsində nisbətən qayda-qanun yaradılıb. Fransadan nümayəndələrin gəlişi zamanı Azərbaycandan akkreditasiya alınması bildirilib. Ruslar gah Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, gah da buna xələl gətirən hərəkətlər edirlər” .
Politoloq həmçinin bildirib ki, ermənilər öz torpaqlarında yaşamağı bacarmalı, azərbaycanlılar isə təkcə Şuşa deməməlidirlər:
"Biz ziyalı, vətəndaş, jurnalist olaraq gündəlik fəaliyyətimizdə sülhməramlıların qanunsuzluqlarından danışmalı, Xankəndinə azəbaycanlıların tez bir zamanda qaytarılması haqqında fikirlər səsləndirməliyik".