Главная > Siyasət > Qarabağda gərginlik arta bilər - MÜHARİBƏ YENİDƏN BAŞLAYIR?
Qarabağda gərginlik arta bilər - MÜHARİBƏ YENİDƏN BAŞLAYIR?10-02-2021, 11:36. Разместил: azadses |
Noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata zidd formada, Ermənistanın baş prokuroru Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər edib. Səfər zamanı A.Davtyan separatçıların rəhbəri Araik Arutyunyanla görüşüb. Qanunsuz şəkildə edilən səfərlər haqqında Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, rus sülhməramlıları özbaşına hərəkətlərə davam edərlərsə, bölgədə gərginlik yenidən arta bilər: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan sonra Laçındakı buraxılış məntəqəsində nisbətən qayda-qanun yaradılıb. Fransadan nümayəndələrin gəlişi zamanı Azərbaycandan akkreditasiya alınması bildirilib. Ruslar gah Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, gah da buna xələl gətirən hərəkətlər edirlər” . Politoloq həmçinin bildirib ki, ermənilər öz torpaqlarında yaşamağı bacarmalı, azərbaycanlılar isə təkcə Şuşa deməməlidirlər: "Biz ziyalı, vətəndaş, jurnalist olaraq gündəlik fəaliyyətimizdə sülhməramlıların qanunsuzluqlarından danışmalı, Xankəndinə azəbaycanlıların tez bir zamanda qaytarılması haqqında fikirlər səsləndirməliyik". Вернуться назад |