Bakı və Ankara Rusiyadan bunu tələb etməlidir - QARABAĞDA GƏRGİNLİK
- 1-02-2021, 16:30
- Siyasət
“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət edəcək. Halbuki 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri Rusiya sülhməramlı qüvvələrinin təsir zonasında qalmamalı idi. Əgər erməni silahlı birləşmələri çıxarılsaydı, belə bir Monitorinq Mərkəzinə ehtiyac olmayacaqdı”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Türkiyə və Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizi və Xankəndində birgə fəaliyyət göstərsəydi, erməni silahlı birləşmələri bu ərazidə qalmayacaqdı:
“Türkiyə ilk gündən Rusiya ilə birgə sülhməramlı qüvvələr kimi fəaliyyət göstərmək barədə təklif verirdi. Bakı və Ankara erməni silhahlı birləşmələrinin ləğv edilməsini Rusiyadan tələb etməlidir. Türkiyə çalışacaq ki, silhahlı erməni birləşmələri bu ərazilərdə ləğv edilsin. Çünki nə qədər ki, Qarabağda silahlı ermənilər var, situasiya gərgin olacaq”.