Rusiya MN Qarabağla bağlı məlumat yaydı
- 3-01-2021, 10:03
- Siyasət
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib", - deyə nazirliyin məlumatında bildirilir.
Qeyd olunub ki, sülhməramlılar ərazilərin minalardan təmizlənməsi zamanı "Uran-6" robot sistemlərindən istifadə edirlər.