Qarabağda yenə təxribat olub? - Perepelkindən SON DƏQİQƏ AÇIQLAMASI
- 30-12-2020, 17:17
- Cəmiyyət
Dağlıq Qarabağda vəziyyət sakitdir, atəşkəs rejiminin pozulması və təxribatlar qeydə alınmayıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, vəziyyətin monitorinqi gecə-gündüz aparılır.
Perepelkinin sözlərinə görə, Humanitar Minalardan Təmizləmə Mərkəzi partlamamış hərbi sursat və partlayıcı qurğuların axtarışını davam etdirir. Bu günə qədər 615 bina, 145 kilometr yol yoxlanılıb, 15 463 partlayıcı obyekt aşkarlanıb, 368 hektardan çox ərazi təmizlənib.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağoğlan (Hadrut) qəsəbəsi istiqamətində bu gün erməni təxribatınn baş verdiyi barədə iddialar yayılıb.