Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması
- 6-12-2020, 14:40
- Siyasət
“Türkiyə ilə Rusiya arasında imzalanan müqaviləyə uyğun olaraq atəşkəsin izlənilməsi və nəzarət edilməli olan Türkiyə-Rusiya Birgə Mərkəzinin qurulması üçün lazım olan işlər davam etdirilir”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı polkovnik-leytenant Nadidə Şəbnəm Aktop nazirliyin fəaliyyətləri və gündəmdəki vacib mövzularla bağlı keçirdiyi brifinqdə deyib.
“Erməni işğalından azad edilmiş bölgələrdə qardaş ölkə Azərbaycanın qalib gələn ordusuna dəstək olmaq üçün Minaları aşkarlama və məhvetmə qrupu, Partlayıcı maddə aşkarlama və məhvetmə qrupları birgə ərazinin minalardan təmizlənməsi üzərində iş aparır. Bununla əlaqədar olaraq təlimlər keçirilir. Türkiyənin sevincdə və kədərdə bərabər olduğu can Azərbaycanın haqlı davasında yanındayıq və əziz qardaşlarımıza bütün imkanlarımızla dəstək göstərəcəyik”, - Aktop əlavə edib.