İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA
- 30-11-2020, 16:18
- Cəmiyyət
İşğaldan azad olunmuş ərazilər qısa müddətdə minalardan təmizlənəcək və vətəndaşlarımızın həmin ərazilərə getmələri üçün şərait yaradılacaq. Əhalinin doğma torpaqlarına, evlərinə, dədə-baba yurdlarına qayıtmaları üçün şərait yaradıldıqdan sonra onların bu əraziləri ziyarət etmələrinə icazə veriləcək. Hazırda işğaldan azad olunmuş ərazilərə nəzarət edilir, yollarda polis tərəfindən mühafizə zolaqları və postlar qurulub.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.
İ.İsmayılov bildirib ki, bu ərazilər çox böyükdür. Şəxsi kontingent zəruri tədbirləri həyata keçirir. Əhalidən xahiş edirik ki, həmin ərazilərə getməsinlər. Bu, onların özləri və ailələri üçün təhlükəlidir. Biz bu ərazilərə nəzarət etmək üçün əlimizdən gələni edirik, polis tərəfindən nəzarət edilir. Amma oraya gedən insanlar dağlardan, digər yollardan istifadə etdikləri üçün buna nəzarət etmək çox çətindir. Həmçinin Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanıb. Bu istiqamətdə işlər davam edir. Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını demək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir və partlayıcı maddələr əsasən əllə təmizlənir.