Главная > Mədəniyyət > BALANS Studiyası “Ulduz” filmini tam bərpa etdi.VİDEO-FOTO-REPORTAJ
BALANS Studiyası “Ulduz” filmini tam bərpa etdi.VİDEO-FOTO-REPORTAJ5-12-2019, 13:03. Разместил: azadses |
ANS Azərbaycan xalqının uzun illər sevə-sevə baxdığı "Ulduz" filminə yeni nəfəs verib. Dekabrın 3-də Nizami Kino Mərkəzində xalqımızın sevimli filmlərindən olan “Ulduz” bədii filminin 55 illiyi ilə əlaqədar, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək, qısaca, AMKAD-ın yeni layihəsinin təqdimat mərasimi keçirildi. Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Ulduz” bədii filminin yenilənmiş versiyada təqdimatı keçirildi. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirdi ki, “Ulduz” filmi 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınıb. “Görkəmli bəstəkar Süleyman Ələsgərovun müəllifi olduğu bu əsərin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev Vahid Mustafayev filmin yaradıcılarından yalnız Suqra Bağırzadənin və Murad Yegizarovun aramızda olduğunu bildirdi: "Suqra Bağırzadə bu gün burada bizimlədir, amma təəssüf ki, Murad Yegizarov ölkədən kənardadır və səhhəti ona təyyarə ilə gəlməyə imkan vermir". Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər. Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiklərini bildirdi. Fuad Ələkbərov xatrılatdı ki, 55 il qabaq da filmin premyerası məhz bu binada - "Nizami" kinoteatrında olub. “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev çıxışında Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib: "Kino yarandığı gündən zamanla mübarizə aparır. İqlim, ekologiya və zaman amilləri kinoları məhv edir. Bizim ilk iki filmimiz "Neft və milyonlar səltənətində" və ondan sonra çəkilmiş "Arşın mal alan" beləcə yoxa çıxıb. Amma bu gün 1964-cü ildə çəkilmiş "Ulduz" filminin bərpasını bayram edirik. Bu bütün Azərbaycan kinosunun bayramıdır". “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. “Ulduz” musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov çıxışında milli sərvətimiz olan “Ulduz” filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, “Səba” şirkətinə və “Balans Studiyası”na təşəkkür etdi. Xatırladaq ki, “Ulduz” filmi Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “Səba” ASC, BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu. Вернуться назад |