Vahid Mustafayevdən maraqlı paylaşım VİDEO
- 16-04-2020, 14:42
- Siyasət
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev maraqlı video paylaşıb. Almaniyanın ZDF televiziyasında yayımlanan, məşhur jurnalist Markus Lansın apardığı tok-şouda alman professor, məhkəmə-tibb eksperti Klaus Püşel koronavirusla bağlı təcrübəsindən danışır.
FİLANKƏSİN BiBiSi DEDİ Kİ, BU KORONAVİRUS BİZİ YIXAJAX!
(https://covid19ans.com - Dəqiq, Qərəzsiz və Vİcdanlı xəbərlər)
Deyirlər Koronavirusun yeni forması peyda olub – İnfovirus və ya infodemiya. Bu virus bütün dünyanın mediasını bürüyüb. Dünyanın bir çox ölkələrində yaşayan kolleqalarım, CNN, VOA, BBC, DW, NHK, REUTER, AP və digər komandalarda çalışan jurnalist-dostlarım özləri də etiraf edirlər ki, bu günlərdə tam məlumatsızlıq şəraitində insanları yeganə maraqlandıran və reytinq gətirən mövzu bu koronavirusdur. Və insanları nə qədər qorxutsan, o qədər çox sənə baxacaqlar, sənə qulaq asacaqlar və səni oxuyacaqlar.
Jurnalistlərin də pulları xəbərdən çıxır - cəmiyyətə maraqlı olan məlumatdan. Lakin çoxlarının qara və bəd xəbər verdiklərinə rəğmən vəziyyəti realistik görən və vətəndaşlarını, çörək verən auditoriyalarını qorxutmaq yox, Dəqiq, Qərəzsiz və Vicdanlı İnformasiyalar verənlər də var. Axı bu auditoriya birgünlük deyil, onlar daim Sizə baxıb inanmalıdırlar ki, masanızda hər zaman yağ-çörək olsun.
Ələlxüsus, mənə deyəndə ki, Almaniyanın ZDF kanalının məşhur aparıcısı Markus Lantsın verilişində tanınmış professor Klaus Püşel koronavirusla bağlı sensasion bilgilər verdi və insanların daha çox koronavirusdan yox, koronavirusla ölməklərini və Almaniyada bu il keçən illə müqayisədə heç də xəstəliklərdən çox adam ölməyəcəyini bəyan etdi – doğrusu, şübhələndim. ZDF Televiziyasında yüksək vəzifəli dostuma telefon açdım və o da mənə Almaniyanı silkələyən bu məlumatı təsdiqləyəndə, ondan bu verilişin originalını rica etdim. Yolladı. Bu məlumatların bizim həmvətənlərimizə də vacib olduğunu nəzərə alaraq ANS-TV də verilişin bir hissəsini Azərbaycan dilinə tərcümə etdik və indi Sizin diqqətinizə təqdim edirəm. Baxın və qoy Azərbaycanlıların məlumatları Dəqiq, Qərəzsiz və Vicdanlı olsun lap elə https://covid19ans.com saytındaki kimi!
FİLANKƏSİN BiBiSi DEDİ Kİ, BU KORONAVİRUS BİZİ YIXAJAX! :-)FİLANKƏSİN BiBiSi DEDİ Kİ, BU KORONAVİRUS BİZİ YIXAJAX! :-) (https://covid19ans.com - Dəqiq, Qərəzsiz və Vİcdanlı xəbərlər) Deyirlər Koronavirusun yeni forması peyda olub – İnfovirus və ya infodemiya. Bu virus bütün dünyanın mediasını bürüyüb. Dünyanın bir çox ölkələrində yaşayan kolleqalarım, CNN, VOA, BBC, DW, NHK, REUTER, AP və digər komandalarda çalışan jurnalist-dostlarım özləri də etiraf edirlər ki, bu günlərdə tam məlumatsızlıq şəraitində insanları yeganə maraqlandıran və reytinq gətirən mövzu bu koronavirusdur. Və insanları nə qədər qorxutsan, o qədər çox sənə baxacaqlar, sənə qulaq asacaqlar və səni oxuyacaqlar. Jurnalistlərin də pulları xəbərdən çıxır - cəmiyyətə maraqlı olan məlumatdan. Lakin çoxlarının qara və bəd xəbər verdiklərinə rəğmən vəziyyəti realistik görən və vətəndaşlarını, çörək verən auditoriyalarını qorxutmaq yox, Dəqiq, Qərəzsiz və Vicdanlı İnformasiyalar verənlər də var. Axı bu auditoriya birgünlük deyil, onlar daim Sizə baxıb inanmalıdırlar ki, masanızda hər zaman yağ-çörək olsun. Ələlxüsus, mənə deyəndə ki, Almaniyanın ZDF kanalının məşhur aparıcısı Markus Lantsın verilişində tanınmış professor Klaus Püşel koronavirusla bağlı sensasion bilgilər verdi və insanların daha çox koronavirusdan yox, koronavirusla ölməklərini və Almaniyada bu il keçən illə müqayisədə heç də xəstəliklərdən çox adam ölməyəcəyini bəyan etdi – doğrusu, şübhələndim. ZDF Televiziyasında yüksək vəzifəli dostuma telefon açdım və o da mənə Almaniyanı silkələyən bu məlumatı təsdiqləyəndə, ondan bu verilişin originalını rica etdim. Yolladı. Bu məlumatların bizim həmvətənlərimizə də vacib olduğunu nəzərə alaraq ANS-TV də verilişin bir hissəsini Azərbaycan dilinə tərcümə etdik və indi Sizin diqqətinizə təqdim edirəm. Baxın və qoy Azərbaycanlıların məlumatları Dəqiq, Qərəzsiz və Vicdanlı olsun lap elə https://covid19ans.com saytrındaki kimi!
Posted by Vahid Mustafa Yev on Thursday, April 16, 2020