azadses.az » Manset » Honkonqda yeni növ bakteriya tapılıb - Spirtlə QİDALANIR

Honkonqda yeni növ bakteriya tapılıb - Spirtlə QİDALANIR

Çinli və ABŞ-li mikrobioloqlar Honkonq ərazisində əvvəllər məlum olmayan bakteriya ştamı aşkar ediblər ki, bu da antiseptiklərin təsirinə davam gətirə bilir və onlardakı spirt və ammonyak molekulları ilə qidalana bilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Sian Tszyaotun-Liverpul Universitetinin Mətbuat Xidməti məlumat yayıb.

"Bu bakteriyanın genomu ona məişət kimyəvi məhsullarında olan ammonium ionlarını "həzm etməyə", həmçinin antiseptiklərin istehsalında istifadə olunan spirtləri parçalamağa imkan verir. Bu, mikroblara qida mənbələrinə məhdud çıxış şəraitində sağ qalmağa və şəhər mühitində digər bakteriyalarla rəqabətdə qalib gəlməyə imkan tanıyır", - deyə universitetin dosenti Tong Xinzhao bildirib.

Tong Xinzhao və həmkarları bu kəşfi Honkonqun şəhər mühitində yaşayan mikrobların özünəməxsus "siyahıyaalınması" zamanı ediblər. Bu məlumatları əldə etmək üçün alimlər bu meqapolisin müxtəlif bölgələrindən 738 nümunə toplayıblar, o cümlədən sakinlərin dəri səthindən çoxlu sayda nümunələr götürüblər, mikrobların genom strukturlarını deşifrə edib və onları öyrəniblər.

Bu təhlil zamanı bioloqlar əvvəllər elmə məlum olmayan 360-dan çox bakteriya ştamı aşkar edə biliblər. Tədqiqatçıların diqqətini üç növ dəri mikrobu cəlb edib ki, onlardan biri adətən Antarktidada rast gələn "eremiobacterota" tipinə aiddir. Digər ikisi isə adətən digər bakteriyaların daxilində yaşayan "patescibacteria" üst tipinə aiddir.

Bakteriyaların birinci forması maraqlı idi, çünki onun DNT-sində müxtəlif antiseptiklərin istehsalında geniş istifadə olunan qeyri-üzvi azot birləşmələrinin və spirtlərin parçalanmasına cavabdeh olan genlər var idi. Digər iki mikrob qeyri-adi qısa genoma malikdir və eyni zamanda A vitamininin əsası olan karotin molekullarını, həmçinin Q10 antioksidantını istehsal edə bilir ki, bu da həmin bakteriyaların simbiotik xarakterini göstərir.

Honkonq
Bakteriya
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Nəsimi rayonunda avtomobillər toqquşub, yaralanan var
  2. Qubada avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
  3. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  4. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  5. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  6. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  7. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  8. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  9. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  10. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Pedaqoji Universitetə YENİ TƏYİNAT
Pedaqoji Universitetə YENİ TƏYİNAT
Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni mətbuat katibi təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?