Əriyən buzlaqlarda naməlum bakteriyalar aşkar edilib: Yeni epidemiyalar başlaya bilər
Qlobal istiləşmə bəşəriyyətə ağla gəlməyən yeni xəstəliklər gətirə bilər.
Çin Elmlər Akademiyasının alimləri qlobal istiləşmənin dünyaya necə təsir edə biləcəyini müəyyən ediblər. Məlum olub ki, bu, bizə təkcə iqlim dəyişikliyi deyil, həm də bir sıra daha ciddi problemlər gətirə bilər. Artıq əriməyə başlayan buzlaqlarda elm adamları minə yaxın naməlum bakteriya aşkar ediblər ki, bu bakteriyaların da yeni xəstəliklərə və hətta epidemiyalara səbəb ola biləcəyi qeyd edilir.
Bunu “Nature biotechnology” jurnalında dərc olunan tədqiqatın nəticələri də sübut edir.
Alimlərdən ibarət qrup Tibet buzlaqlarından qar və buzdan nümunələr götürüb. Məlum olub ki, donmuş suda elmə məlum olmayan minə yaxın bakteriya var. Tədqiqatçılar artıq bu bakteriyaların insanlar üçün ciddi təhlükə yarada biləcəyini ehtimal edirlər. Onların fikrincə, bu bakteriyalar yeni xəstəliklər gətirə və hətta epidemiyalara səbəb ola bilər.
Alimlərin Tibet buzlaqlarında aşkar etdiyi 968 bakteriya növünün 98%-i elmə məlum deyil və artıq potensial təhlükəli olaraq təsnifatlandırılıb. Tədqiqatçılar qeyd ediblər ki, Yer səthinin təxminən 10%-i buz təbəqələri və buzlaqlarla örtülüdür. Əgər onların hamısı əriməyə başlasa, o zaman bəşəriyyət donmuş suda olan yeni bakteriyalarla “tanış olmağa” məcbur olacaq. Və bu bakteriyaların, demək olar ki, hamısının bütün dünya üçün yeni bir sınaq olacağı ehtimalı olduqca yüksəkdir.