Alimlər radioaktiv tullantıları zərərsizləşdirə bilən mikroblar aşkarlayıb
Almaniyada Drezden-Rossendorfdakı “Helmholts” mərkəzinin alimləri radioaktiv materialları çevirərək daha sabit və ətraf mühitə az zərər verə biləcək hala gətirəcək bəzi bakteriya növləri kəşf ediblər.
“Report” xəbər verir ki, tədqiqat “Science of The Total Environment” jurnalında dərc olunub.
Mütəxəssislər gilli süxurların havasız mühitində yaşayan “Desulfosporosinus” cinsinə aid mikroblara diqqət yetiriblər. Belə süxurlardan yüksək radioaktiv tullantıların saxlandığı anbarlarda qoruyucu maneələr yaratmaq üçün istifadə olunur.
Alimlər “Desulfosporosinus”un uran duzlarının məhlulları ilə qarşılıqlı təsirini öyrəniblər. Uran müxtəlif birləşmələrdə olur və müxtəlif oksidləşmə dərəcələrinə malikdir. Təbii yataqlarda radioaktiv element adətən dörd və altı valentli formalarda olur. İstənilən uran birləşmələri zəhərlidir və toksiklik dərəcəsi onların həll olunma qabiliyyətindən asılıdır.
Təcrübələr göstərib ki, “Desulfosporosinus” suda asanlıqla həll olunan altıvalentli uranı demək olar ki, həll olunmayan dördvalentli urana çevirir.
Nəticədə bakteriyalar bir həftə ərzində həll olunan maddənin təxminən 40%-ni daha təhlükəsiz formaya çevirib. Mütəxəssislərin fikrincə, bu, mikroorqanizmlərin qoruyucu reaksiyasına görə baş verir.
Elmi işin müəllifləri qeyd ediblər ki, onların kəşfi radioaktiv tullantıların saxlanması obyektlərinin etibarlılığını artırmağa kömək edəcək, həmçinin radiasiya ilə çirklənmiş suyun təmizlənməsi üçün yeni üsullar yaradacaq.