Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək
Almaniyanın “BMW” şirkəti daxiliyanma mühərrikli avtomobillərinin adından “i” hərfini çıxarmaq qərarına gəlib.
Bu barədə brendin baş vitse-prezidenti Bernd Kerber “BMW Blog”a danışıb.
Müvafiq qərar qarışıqlığın qarşısını almaq məqəsdilə qəbul edilib. Məsələ burasındadır ki, “BMW” əvvəllər öz elektrik avtomobilləri xəttini eyni şəkildə adlandırırdı. Beləliklə, “i” hərfi markanın həm benzin, həm də elektriklə işləyən avtomobillərini ifadə edirdi. Nəticədə şirkət dizel mühərrikli avtomobillər üçün “d” postfiksini, hibridlər üçün “e” hərfi və elektromobillər üçün “I” hərfini saxlamaq qərarına gəlib.
70-ci illərin sonlarında “BMW” benzinli avtomobillərin adında “i” hərfi peyda olub. Bu mühərrikə yanacağı ötürən injektor sisteminin mövcudluğunu göstərirdi. Şirkət qeyd edib ki, indi bu ad heç bir məna kəsb etmir, çünki karbüratörlü avtomobillər artıq istehsal olunmur.
Mənbə: gazeta.ru