“Mercedes”lərin satışı qadağan olunur
- 12-09-2020, 08:47
- Dünya
Almaniyanın ən böyük avtomobil istehsalçısı olan “Mercedes-Benz” şirkətinin ölkədəki fəaliyyəti təhlükə altındadır.
''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, cümə axşamı Münhen məhkəməsi Yaponiyanın “Sharp” şirkətinin “Daimler AG” konserninə qarşı qaldırdığı iddia ilə bağlı qərar verib. Qərara əsasən, avtomobil istehsalçısı müvafiq lisenziyası olmadan “Sharp”ın texnologiyalarından istifadə edə bilməyəcək və bu səbəbdən istehsal olunan avtomobillər də satıla bilməyəcək.
Qeyd edək ki, “Daimler AG”nin bu qərarlarla bağlı hələ də apellyasiya məhkəməsinə müraciət etmək imkanı var. “Daimler AG” konserni minik, keçid qabiliyyəti yüksək olan minik və yük-sərnişin, həmçinin avtobuslar da daxil olmaqla kommersiya avtomobillərinin aparıcı qlobal istehsalçılarından biridir.APA