Maşınları dəyişdirməyin vaxtı olduğunu göstərən əlamətlər açıqlandı
![](/uploads/posts/2021-08/medium/1629353225_1.jpg)
“Praym”ın məlumatına görə, bu barədə Rusiyada “Fresh Auto” avtomobil satıcıları şəbəkəsinin texniki direktoru Maksim Ryazanov maşının dəyişdirilməsinin zəruriliyini göstərən əlamətlər haqqında danışarkən bildirib.
![](/uploads/posts/2021-08/medium/1629353331_prc_001.jpg)
Ryazanov qeyd edib ki, Rusiya, Koreya və ya Çin avtomobillərinin optimal xidmət müddəti 3-5 ildir.
ABŞ, Avropa və ya Yaponiya markaları daha davamlı hesab olunur.
![](/uploads/posts/2021-08/medium/1629353320_0a47dec50c595462ada1aa88be9117e7_933b82bd250d1e515e01c032c9b06dca.jpg)
Rayazanovun sözlərinə görə, “B” və “C” sinfli kütləvi istehsal maşınları istifadənin ilk ilində təxminən 10 faiz, üç ildən sonra isə artıq 40 faiz dəyər itirir.
Premium seqmentdə isə vəziyyət fərqlidir: Bir il ərzində belə avtomobillər 30 faiz, üç ildən sonra isə təxminən daha 20 faiz ucuzlaşır.