Bakıda altı avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
![](/uploads/posts/2022-10/medium/1664947630_633cf4531de66633cf4531de671664939090633cf4531de64633cf4531de65.jpg)
APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
VAZ-2107 markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb.
Talıbova məxsus avtomobil yol kənarında dayanan BMW və “Mercedes-Benz” markalı avtomobillərə dəyərək dayanıb. VAZ-2107 isə aşaraq yol kənarında dayanan KİA və BMW markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, VAZ-da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıblar.
Sürücülərin sözlərinə görə, VAZ-ı idarə edən şəxs avtoxuliqanlıq edib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Sürücülərin izahatları alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib.
![](/uploads/posts/2022-10/medium/1664947652_633cf45322c94633cf45322c951664939090633cf45322c92633cf45322c93.jpg)
![](/uploads/posts/2022-10/medium/1664947624_633cf45314c77633cf45314c781664939090633cf45314c75633cf45314c76.jpg)
![](/uploads/posts/2022-10/medium/1664947702_633cf4531039c633cf4531039d1664939090633cf45310399633cf4531039a.jpg)
![](/uploads/posts/2022-10/medium/1664947655_633cf4530ba16633cf4530ba171664939090633cf4530ba14633cf4530ba15.jpg)
![](/uploads/posts/2022-10/medium/1664947650_633cf453062f9633cf453062fa1664939090633cf453062f7633cf453062f8.jpg)
![](/uploads/posts/2022-10/medium/1664947620_633cf45301d96633cf45301d971664939090633cf45301d94633cf45301d95.jpg)
![](/uploads/posts/2022-10/medium/1664947671_633cf452ecfe8633cf452ecfe91664939090633cf452ecfe6633cf452ecfe7.jpg)
![](/uploads/posts/2022-10/medium/1664947659_633cf452e5253633cf452e52541664939090633cf452e524f633cf452e5251.jpg)