Kriştianu Ronaldunun “Mançester Yunayted”dəki rekordu yenilənib
Kriştianu Ronaldunun İngiltərənin “Mançester Yunayted” klubundakı rekordu yenilənib.
“Report” xəbər verir ki, bu, Premyer Liqanın XXII turunda “Vulverhempton”la oyunda baş verib.
Danimarkalı hücumçu Rasmus Heylunn komandasının 4:3 hesablı qələbəsinə 1 qol, 1 məhsuldar ötürmə ilə töhfə verib. 20 yaşlı forvard klub tarixinin ardıcıl iki matçda qol və assist edən ən gənc oyunçusu ünvanını ələ keçirib. Ona qədər rekord bunu 21 yaşında reallaşdıran Kriştianu Ronalduya məxsus olub.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.