İngiltərə Premyer Liqası: "Liverpul" "Lids"i darmadağın edib
İngiltərə çempionatının XXI turunun matçında "Liverpul" "Lids Yunayted"i darmadağın edib.
"Report" xəbər verir ki, "Lids"in ev sahibi olduğu görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb. “Liverpul”un heyətində Məhəmməd Salah (39 və 64-cü dəqiqələr) və Dioqo Jota (52 və 73-cü dəqiqələr) dubllarla, habelə Kodi Qakpo (35-ci dəqiqə) və Darvin Nunes (90) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu Luis Sinisterra (47-ci dəqiqə) vurub.
"Liverpul" İngiltərə Premyer Liqasında 4 matçlıq qələbə seriyasını (2 məğlubiyyət və 2 heç-heçə) başa vurub. Komanda sonuncu dəfə martın 5-də çempionda qalib olub (“Mançester Yunayted”lə oyun - 7:0).
Yurgen Kloppun yetirmələri 47 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “Lids” 29 xalla 16-cı yerdədir.