"Mançester Yunayted" Keyn və Osimheni almaqdan imtina edib
- 15-06-2023, 12:21
- İdman
İngiltərənin "Mançester Yunayted" klubu "Tottenhem"də çıxış edən Harri Keyni və İtaliya "Napoli"sində oynayan Viktor Osimheni almaqdan imtina edib.
"Report" "Daily Sport" nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hər iki oyunçunun transfer qiymətlərinin şişirdildiyini əsas gətirərək bu addımı atıb.
London təmsilçisi Keyn üçün 117 milyon avro, İtaliya çempionu isə Osimhenə görə 140 milyon avro istəyib.
"Mançester Yunayted"in yay transfer dönəmində əsas hədəfi İtaliya "Atalanta"sından Rasmus Hoylund olacaq. Klub 20 yaşlı hücumçu üçün 40-60 milyon avro ödəməyə hazırdır.