azadses.az » Manset » Fuad Hüseynəliyev: “Azərbaycanla Ermənistan ilkin mərhələni keçməmiş, Nikol Paşinyan ikinci, üçüncü mərhələdən danışır”

Fuad Hüseynəliyev: “Azərbaycanla Ermənistan ilkin mərhələni keçməmiş, Nikol Paşinyan ikinci, üçüncü mərhələdən danışır”

“Azərbaycanla Ermənistan ilkin mərhələni keçməmiş, Nikol Paşinyan ikinci, üçüncü mərhələdən danışır”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "ARB 24" televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra erməni sakinlər "Laçın" sərhəd-buraxılış məntəqəsində media nümayəndələrinə müsahibələrində Ermənistan tərəfinin onları məcbur şəkildə köçürdüklərini bildiriblər: “Azərbaycan ilk gündən Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinləri öz vətəndaşları kimi qəbul etməyə hazır olduğunu bildirib. Bununla bağlı hər hansı bir format olmalıdır, həmin format burada erməni sakinlərə yaşamaq hüququnun verilməsidir. Onlar 1987-1988-ci illərədək burada yaşayan insanlar, həmçinin Qarabağda yaşayan ermənilərin doğulan övladları ola bilər”.

Ermənistanın işğal dövründə Qarabağ və ətraf rayonlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirdiyini xatırladan F.Hüseynəliyev qeyd edib ki, bir çox ölkələrdən erməniəsilli şəxslər bu ərazilərə köçürülərək qanunsuz şəkildə yerləşdirilib: “Bütün bu reallıqlar fonunda Azərbaycan həmin şəxsləri niyə öz suveren ərazisinə qəbul etməlidir?! Azərbaycan qoyduğu şərtlərə uyğun olan erməni sakinlərə ölkədə Azərbaycan vətəndaşlarının bütün hüquqlarına sahib olmaqla yaşamaq hüququ verəcək. Hesab edirəm ki, sözügedən məsələ ilə əlaqədar heç bir problem yaşanmayacaq. Lakin qeyd-şərtsiz istənilən şəxsi qəbul etmək o deməkdir ki, terrorçu rejimin nümayəndələri və onları dəstəkləyənlər yenidən bəhsolunan ərazilərə qayıda bilərlər ki, heç bir dövlət belə bir şeyi qəbul etməz”.

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyasına müsahibəsində Qranada görüşü barəsində səsləndirdiyi fikirlərini şərh edən F.Hüseynəliyev əlavə edib ki, istənilən halda Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi sülh müqaviləsindən sonra ola bilər: “Nikol Paşinyan hazırda bir qədər irəli gedərək sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər qoymaq istəyir. Ancaq Ermənistanla Azərbaycan arasında hazırda sülh müqaviləsi imzalanmayıb. Belə olan halda heç bir xəritədən, sərhəddən söz gedə bilməz. Əvvəla, iki ölkə sülh müqaviləsi imzalamalı və bunun əsasında növbəti addımlar atılmalıdır. Delimitasiya üçün əsas olaraq hansı xəritələrin götürüləcəyi isə sonrakı mərhələdir. Biz ilkin mərhələni keçməmiş, Nikol Paşinyan ikinci, üçüncü mərhələdən danışır. Yaxşı bilirik ki, bu cür danışıqlar heç bir nəticəyə gətirib çıxarmayacaq”.

Agentlik rəhbəri söyləyib ki, Azərbaycan hansısa şərtləri qəbul etmir və etməyəcək: “Bizim sovet dövründən bir neçə kəndimiz anklav olaraq indiki Ermənistan ərazisində qalıb. Fikrimcə, Ermənistan baş naziri özünü bu məsələdən sığortalamaq istəyir və düşünür ki, həmin kəndlər Ermənistan ərazisində qalmalıdır və s. Lakin vurğuladığım kimi, bunlar sülh müqaviləsindən sonra müzakirə olunacaq məsələlərdir. Yəni, ilkin sənəd olmadan ikinci mərhələyə keçmək mümkün deyil”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?