Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər VAXT VERİLDİ
- 18-11-2020, 15:28
- Siyasət
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı.
Rəsmi Yerevan həmin kəndlərdə yaşayan ermənilərə noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrini tərk etməyi tələb edib.
Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə və Ermənistana qayıtmağa hazırlaşır.