azadses.az » Siyasət » Paşinyan Putinlə Qarabağa dair danışıqları açıqladı

Paşinyan Putinlə Qarabağa dair danışıqları açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli Bəyanatın imzalanmasından əvvəl rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlarla bağlı bəzi məqamları açıqlayıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, baş nazir bu barədə özünün feysbukdakı hesabında yazıb.
 
"Mən Rusiya prezidenti Vladimir Putinə zəng vurdum. Putin dedi ki, onun fikrincə münaqişənin nizamlanması Rusiya təkliflərinin məntiqinə uyğun olmalıdır”, - deyə Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, Putinin təkliflərinə işğal altındakı rayonları Azərbaycana qaytarmaq, bölgədə Rusiya sülhməramlılarını yerləşdirmək daxil idi.
 
Öz növbəsində Paşinyan da erməni tərəfinin təkliflərini bildirib və onlar daxili müzakirələrdən sonra yenidən zəngləşməyi razılaşdırıblar.
 
Paşinyan etiraf edib ki, Ermənistan hökumətinin sabiq rəsmiləri, siyasətçiləri, o cümlədən keçmiş dövlət başçısı Robert Koçaryan müharibənin dayandırılmasına razılıqlarını ifadə ediblər. Şübhəsiz ki, buna erməni ordusunun cəbhədəki ardıcıl məğlubiyyətləri səbəb olub.
 
Baş nazirin sözlərinə görə, növbəti gün Putin ona zəng vurub və bildirib ki, Azərbaycan tərəfi sülhməramlıların təmas xətti boyunca yerləşdirilməsinə razıdır. Lakin Ermənistanın hökumət başçısı bununla razılaşmayıb: “Beləliklə, barışıq qeyri-mümkün oldu”.
 
Paşinyan qeyd edib ki, həmin vaxt Cəbrayıl, Hadrut və bir sıra ətraf kəndlər Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Həmçinin humanitar atəşkəs haqqında iki razılaşma pozulmuşdu.
 
Beləcə, müharibə davam edib. Bir neçə gün sonra aparılan növbəti danışıqlardan sonra Ermənistanın baş naziri atəşkəs haqqında 10 noyabr Bəyanatına imza atmağa məcbur olub.
 
Şübhəsiz ki, bütün bunlar Paşinyanın öz versiyasıdır. Ölkədə kütləvi narazılıqlarla qarşılaşan hökumət başçısının xalqa açıqlamadığı və ya təhrif etdiyi, habelə gizlətdiyi digər məqamlar da mövcuddur.
 
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin də Nikol Paşinyanla danışıqlar zamanı Ermənistanın baş nazirinin təkliflərindən təəccübləndiyini etiraf etmişdi. Krem rəhbəri qeyd etmişdi ki, Ermənistanın 10 noyabr Bəyanatından imtinası bu ölkənin intiharı olardı.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”