azadses.az » Manset » Ermənistan yezidiləri kürdləşməyə qarşı çıxır, həbs edilənlər var

Ermənistan yezidiləri kürdləşməyə qarşı çıxır, həbs edilənlər var

“Yezidi fəallar Ermənistanın Armavir rayonunun Aknalic kəndində yerləşən ziyarətgahda həbs ediliblər".

“Report” xəbər verir ki, bu sözləri Moskva sakini Manvel Mamoyan Ermənistanın “Hraparak” nəşrinə videomüsahibəsində bildirib. Onun sözlərinə görə, insidentə səbəb İraqdan gələn, kürd olduqlarını bildirən yezidilərin məbəddən çıxarılması olub. Bildirilib ki, "onların səfərlərinin məqsədi bayramda iştirak etməkdən çox, yezidiləri öz dinlərinə çevirmək üçün təbliğat olub. Onlar məbəddə ciddi təbliğat aparmağa qərar verdilər, biz isə onların qarşısını aldıq”. İnsident yezidilərin müqəddəs günü Mələk Taus (Tovuz quşu) həsr olunmuş bayramda yaşanıb.

M.Mamoyan kürdlərin Ermənistana keçməsinin qarşısını almaq üçün Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib: “Ölkənin təhlükəsizliyinə görə bir çoxlarına qadağa qoyulub”.

“İraqdan Ermənistana yezidilərlə heç bir əlaqəsi olmayan insanlar gəlib. Milliyyətcə yezidi olsalar da, dinimizdən olmadıqlarını bildirirlər. Üstəlik, hətta yezidilərin millət deyil, din olduğunu deyirlər. Onların dünya yezidi kürdlərini “yezidilik” adlı yeni bir əqidə altında toplamaq planı var. Təəssüf ki, Laleşdə məcburi kürdləşdirmə siyasəti aparıldığı kimi, Ermənistanda da bunu etmək istəyirlər. Mələk Tovuza həsr olunmuş bayram onlar üçün öz küfr təbliğatlarını yaymaq üçün yaxşı fürsət oldu”, - deyə fəal Mamoyan bildirib.

Onun sözlərinə görə, bütün dünyada yezidilər tərəfindən rədd edilən İraq yezidilərinin lideri Hazem Tahsin Bəy Aknalicdə dinini qəbul etmiş “yezdi kürdləri”nə rəhbərlik edib. Mamoyanın sözlərinə görə, Hazem Bəy yezidilərin iradəsinə zidd olaraq Kürdüstanın regional hakimiyyət orqanları tərəfindən İraq yezidilərinin lideri təyin edilib:

“Xeyli sayda kürd casusu Hazem Bəyin rəhbərliyi ilə Ermənistana gəlib. Onların Ermənistanda yaşayan yezidiləri təbliğ etmək məqsədi ilə Aknalicə gələcəklərini öyrənərək, xainlərin içəri girməməsi üçün fəallarla etiraz aksiyası, itaətsizliyə çağırışlar təşkil etdik və ərazini mühafizə etdik. Və bizim “Kürdləşməyə qarşı” aksiyamızdan xəbər tutan Ermənistan polisi onların ziyarətgaha daxil olmasını qadağan etmək əvəzinə, qardaşlarımız yezidiləri həbs edib. Yeri gəlmişkən, məbədi tikən xeyriyyəçinin oğlu Roman Sloyan erməni polisinə göstəriş verirmiş. Özü şəxsən həbs göstərişini polislərə vermiş və yezidlərin ərazidən uzaqlaşdırılmasında fəallıq göstərib. O da kürdləşdirilmiş yezidlərin tərəfindədir”.

Manvel Mamoyanın fikrincə, Hazem Bəyin səfəri bir neçə təhlükəni ehtiva edir: burada yaşayan yezidilərin birliyini pozmaq, onları parçalamaqla idarə etmək mümkün etmək. Bununla da, onların beyinləri asanlıqla yuyulması və yeni bir dinə yer açılması hədəf götürülüb. Ən təhlükəlisi isə onlardan sonradan kürd-türkyönlü layihələr üçün istifadə etməkdir. Hazem Bəyin arxasında duran kürd siyasi qüvvəsi İraq yezidilərini zorla “kürd yezidiləri”nə çevirir. Növbə Ermənistanda, Gürcüstanda, Rusiyada yaşayan yezidilərə çatıb.

O, Ermənistan parlamentinin deputatı Rüstəm Bakoyanın da kürdlərin maraqlarını qoruduğunu istisna etmir. “Mən Rüstəmi şəxsən çoxdan tanıyıram. O, kasıb oğlan idi. İndi isə o lüks həyat yaşayır. Millət vəkili kimi aldığı maaşla İraqda dəbdəbəli həyat qura, biznes qura bilməzdi. İraq kürdləri isə heç kimi özlərinə yaxın buraxmayacaqlar, əvəzində xidmət göstərməklərini tələb edəcəklər. Məndə Bakoyanın yezidilərin kürdləşdirilməsi layihəsinə cəlb olunması ilə bağlı faktlar yoxdur, lakin onun İraqda çiçəklənən biznesinə və həyat keyfiyyətinin sürətlə artmasına görə, onun onlarla birlikdə olduğunu güman edirəm”, - deyə Mamoyan bildirib.

Ermənistan Yezidilərin Milli Birliyinin prezidenti də hadisə ilə bağlı öz narahatlığını bildirib. Xıdr Hajoyan videomüraciətində yezidilərə şəxsiyyətlərini itirməməyə çağırıb. O, həmçinin öz köklərinə sadiq qalacaqlarını açıqlayıb və dünyadakı yezidilərə müraciət edib: "Hamı bilsin ki, biz Hazem bəyin yezidilərin lideri kimi qəbul etmirik, çünki o, kürd siyasətinin xidmətçisidir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  2. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  3. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  4. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  5. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  6. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  7. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  8. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  9. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  10. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?