İrəvanda vəziyyət gərginləşir... - PAŞİNYAN ÜÇÜN ACI SONLUQ...
- 18-11-2020, 10:45
- Dünya
“Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana vurduğu ağır zərbə onların illərdir ki, mövcud olan mifini alt-üst etdi. Ermənistanın cəbhədə məğlub olması, ciddi itkilər verməsi yaxşı durumda olmayan iqtisadi, sosial vəziyyəti daha da böhrana apardı”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, hazırda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadan qopmalar var.
“Bir zamanlar N.Paşinyanla birgə olan insanlar indi onun məsuliyyətini bölüşmək istəmirlər. Beləliklə, orada vəziyyət kifayət qədər gərgindir. Xalqın hakimiyyətə və N.Paşinyana olan nifrəti getdikcə artır. Ermənistandakı böhran uzun illər davam edəcək. N.Paşinyan getsə də, onun yerinə kimin gəlməsindən asılı olmayaraq, hazırki gərginlik cəmiyyəti depressiyaya aparacaq.
Ermənistan bir dövlət kimi almış olduğu zərbədən çox ağır duruma düşüb və bu durumdan nə zaman çıxacağını da proqnozlaşdırmaq olduqca çətindir”.