azadses.az » Manset » Ekspert: "Fosfor bombalarının düşdüyü ərazidə heç nə salamat qala bilməz"

Ekspert: "Fosfor bombalarının düşdüyü ərazidə heç nə salamat qala bilməz"

“Azərbaycanın işğal altında olan ərazilərində 7 relikt göl böyük antropogen təsirə məruz qalıb. 560 milyon kubmetr su tutumu olan Sərsəng su anbarının qəsdən çirkləndirilməsi nəticəsində yaxın bölgələrdə yaşayan 400 minə yaxın azərbaycanlının həyatı üçün ciddi təhlükə yaranıb”

"Azad Səs"in məlumatına görə, bunu "Qafqaz Regional Ekoloji Mərkəzi"nin sədri Mələk Şükürova bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası təmas xəttində yaşayan azərbaycanlıların məqsədyönlü şəkildə sudan məhrum edilməsinə dair qətnamə qəbul edib.

Bundan başqa, ekspert deyib ki, bu gün ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə edib: "Bu bombaların düşdüyü ərazidə heç nə salamat qala bilməz. O cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində 110 min hektardan artıq ərazi yanaraq məhv olub. İndi də ərazilərin qəsdən məhv olunması davam etməkdədir".

M.Şükürova vurğulayıb ki, ermənilərin meşələrdə söndürülməsi mümkün olmayan yanğın törətməsi ekoloji terrorun davam etdirilməsi deməkdir: "Ümumiyyətlə, isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atılır. Bizim göndərdiyimiz müraciətlərə əfsuslar olsun ki, beynəlxalq təşkilatlar münasibət bildirmir".

Onun sözlərinə görə, erməni işğalçılarının bölgənin ekoloji təhlükəsizliyinə təhdid yaradan qanunsuz fəaliyyətləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin bioloji müxtəliflik haqqında, səhralaşmaya qarşı mübarizə haqqında sənədlərin və beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır: “Biz bu araşdırmaları daha da genişləndirəcəyik. Bu məsələ ilə bağlı bizim təşkilat və digər QHT-lər həmin təşkilatlara müraciətlər ünvanlayacağıq. Avropa İttifaqı, Avropa ictimaiyyəti və Qərb Ermənistana öz çirkin əməllərindən əl çəkməsi ilə bağlı tələb qoymalıdır”.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın sədri Mirvari Qəhrəmanlı isə deyib ki, bu yöndə monitorinqlər davam edəcək.

Onun sözlərinə görə, Ermənistanın neft-qaz kəmərləri keçən əraziləri atəşə tutması təsadüfi deyil: “Bunun ciddi fəsadlar törədəcəyini nəzərə alaraq, ərazisindən beynəlxalq neft və qaz kəmərləri keçən ölkə rəhbərlərinə, Avropa İttifaqı ölkələrinin rəhbərlərinə, kəmərlərə maliyyə vəsaitləri ayırmış beynəlxalq qurumlara, kəmərlərə sərmayə qoyan və müəyyən paya malik olan şirkətlərə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, qlobal enerji xətlərinin keçdiyi əraziləri hədəfə almasını pisləməyə və işğalçı Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırırıq. Ermənistanın bu təcavüzü təkcə Azərbaycana qarşı deyil”.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  2. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  3. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  4. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  5. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  6. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  7. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  8. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  9. Şabranda evə basqın olub, ölən və yaralanan var
  10. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”