Ermənistanda xarici turistlər fırıldaqçılıqla üzləşirlər
- 17-07-2023, 09:33
- Dünya
Ermənistana gələn əcnəbi turistlər fırıldaqçılıqla üzləşirlər.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, bir çox turist fırıldaqçıların tələsinə düşür, xidmətə görə həddindən artıq yüksək qiymətlər ödədiklərini başa düşərək, özlərini aldanmış hiss edirlər.
Qeyd edilir ki, ölkə astronomik qiymətlərə turist xidmətləri təklif edən hər cür şübhəli şəxslərlə doludur. Onların əksəriyyəti qeydiyyatda deyil və vergi ödəmir.
Ermənistan Turizm Komitəsindən bildirilib ki, bütün bələdçilər məcburi ixtisaslardan keçməlidir. Avtobus sürücülərini isə texniki təhlükəsizlik standartlarına əməl olunmasına məcbur edən qanuna düzəlişlər edilməlidir.
Turizm sahəsi ilə bağlı qanunvericilikdə boşluqlar mövcuddur. Sahənin inkişafına ən ciddi maneə dövlət dəstəyinin olmamasıdır. Ekspertlər bildirirlər ki, turizm Ermənistan iqtisadiyyatının ən çox diqqətdən kənarda qalan sahəsidir.
“Turizm şirkətlərinin heç də hamısı keyfiyyətli xidmət göstərmir. Bəzi şirkətlər bu sahəyə zərbə vurur. Bizə nəzarət lazımdır, bu yoxdur”, - “Arshavner Akumb Tour” şirkətinin təsisçisi Ruben Baqdişyan deyib.
O əlavə edib ki, yeni oyunçular arasında turizmlə heç bir əlaqəsi olmayan insanlar var. Məsələn, hansısa bank işçisi icarəyə götürdüyü avtomobillə hər bazar günü müəyyən istiqamətə turlar təşkil etməyə başlaya bilər.
Mütəxəssis hesab edir ki, bazar sözün əsl mənasında parçalanıb və onun bəzi iştirakçılarının peşəkarlığının olmaması bərpası mümkün olmayan ziyana səbəb olur.
“Maşını bron edirlər, son anda qrupu tamamlaya bilmədiklərinə görə zəng vuraraq, sifarişi ləğv edə bilirlər. Sürücü işdən kənarda qalır, bələdçi götürmürlər, insanlara yanlış məlumat verirlər. İnsanlar məyus olur və digər turlardan imtina edirlər”, - Baqdişyan deyib.
Turizm sahəsində çalışan Matevos Barseqyan isə vurğulayıb ki, ölkənin turizm sahəsində özbaşınalıq, nizamsızlıq hökm sürür. Onun sözlərinə görə, rus və ya ingilis dilini bilən hər kəs birdən-birə özünü bələdçi zənn edib, heç bir xüsusi təhsil və lisenziya olmadan işə başlaya bilər: “Heç bir qurum onların işinə nəzarət etmir və bu çox vacibdir. Bu, ölkənin təhlükəsizliyi məsələsidir, çünki özünü bələdçi kimi təqdim edən şəxs yalan məlumat verə bilər”.