İsveçdə Quranın yandırılmasının təşkilatçısına yeni nümayiş keçirməyə icazə verilməyib
Polis iraqəsilli mühacir Salvan Momikaya şənbə günü Malmö şəhərində müsəlmanlar üçün müqəddəs kitab olan Quranın yandırılması ilə bağlı növbəti aksiya keçirməsinə icazə verməyib. Məlumata görə, nümayiş Rosenqard şəhər rayonunda planlaşdırılıb.
Polis sözçüsü Rikard Lundqvist deyib:
“Biz belə nəticəyə gəldik ki, aksiyada ictimai asayiş və təhlükəsizliyə zəmanət verə bilmərik”.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyd etdiyi kimi, nümayişin rədd edilməsinin əsas səbəbi onun keçirilməsi planlaşdırılan ərazi olub. Həmin ərazidə müsəlman ölkələrindən olan çoxlu miqrant yaşayır.
Qeyd edək ki, sentyabrın əvvəlində Momika Malmödə Quranı yandıranda Rosenqardda şiddətli iğtişaşlar baş verib: maşınlar yandırılıb, bir neçə nəfər polisə daş atıb.
Mənbə: TASS