İraq Kürdüstanının İsveçdəki nümayəndəliyi fəaliyyətini dayandırıb
İraq Kürdüstan Regionunun hökuməti Quranın yandırılmasına etiraz olaraq İsveçdəki nümayəndəliyinin fəaliyyətini dayandırdığını elan edib.
“Report” xəbər verir ki, bu barədə “Shafaq News” məlumat verib.
“Quranın təhqir olunması ilə əlaqədar olaraq İsveçdəki Kürdüstanın nümayəndəliyinin işini dayandırmaq qərarına gəldik”, - region hökumətinin bəyanatında deyilir.
Qeyd edək ki, İraq hökuməti İsveçin Bağdaddakı səfirinə Stokholmda planlaşdırılan Quranın yandırılma tədbirinə etiraz olaraq ölkəni tərk etməyi əmr edib.