Fransada yeniyetmənin öldürülməsindən sonrakı iğtişaşlar zamanı 150 nəfər saxlanılıb - YENİLƏNİB
Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı 150 nəfər saxlanılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin bildirib.
"Respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi: bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar və ya onların yandırılması. 150 nəfər həbs edilib", - o, tviterdə yazıb.
06:34
Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı azı 77 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, iğtişaşçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və mağazalara soxulmağa cəhd ediblər. Val-d Uaz departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırılıb.
Ölkədə iğtişaşlar iyunun 28-nə keçən gecə Nanterdə yol yoxlaması zamanı polis patrulunun sarı “Mercedes” markalı avtomobili saxlamağa cəhd etməsindən sonra başlayıb. 17 yaşlı əlcəzairəsilli sürücü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edərək qaza basıb, bu zaman polis onu vuraraq yerindəcə öldürüb.
Xidməti silahdan istifadə edən polis əməkdaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb və həbs olunub. Nanter Prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb. Hadisədən sonra Parisətrafı qəsəbələrdə iğtişaşlar dalğası baş verib, 24 polis əməkdaşı yaralanıb.