Berlində aksiyalar: 45 polis xəsarət alıb, 133 nəfər saxlanılıb
- 2-08-2020, 18:41
- Dünya
Almaniyanın paytaxtı Berlin şəhərində şənbə günü (01 Avqust – Red) koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən icazəsiz mitinqlər zamanı azı 45 polis müxtəlif bədən xəsarətləri alıb.
“AzadSəs” “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Qeyd olunub ki, 20 min nəfərdən ibarət aksiyanın mühafizəsini 1,1 min polis həyata keçirib.
Polislə toqquşmalar axşam saatlarında Noyköln bölgəsində sol fəalların təşkil etdiyi aksiya zamanı qeydə alınıb. Ümumilikdə 133 nəfər saxlanılıb.