Qazaxıstandakı iğtişaşlarda 13 polis ölüb, 1000-dən çox insan yaralanıb - Yenilənib
- 6-01-2022, 16:38
- Dünya
Qazaxıstanın müxtəlif bölgələrində kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən “Xabar 24” telekanalı yayıb.
Onlardan təqribən 400-ü xəstəxanalara yerləşdirilib, 62-si reanimasiyadadır.
Xatırladaq ki, Almatı Polis Departamentinin rəsmi nümayəndəsi Saltanat Azirbekin sözlərinə görə, ekstremist qüvvələr inzibati binalara, şəhərin polis departamentinə və digər polis bölmələrinə hücum etməyə cəhdlər edib. Nəticədə, onlarla hücum edən şəxs zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
***
“Sputnik Qazaxıstan”ın məlumatına görə, Almatı şəhərində aksiya iştirakçıları ilə qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 12 əməkdaşı həlak olub, onlardan birinin başı kəsilmiş halda aşkar olunub. Daha 353 polis isə xəsarət alıb.
***
İğtişaşlar nəticəsində həlak olan polislərin sayı 13-ə çatıb. Onlardan ikisi başı kəsilmiş halda tapılıb.