AMB: "Azərbaycanda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artıb"
- 6-09-2023, 19:30
- Manset / İqtisadiyyat
Bu il avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20 % artaraq 15 milyonu ötüb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
O bildirib ki, bu dövr ərzində ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb: "Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz bəndi artaraq 53 %-ə bərabər olub.
Daha bir maraqlı göstərici isə bu gün POS-terminallarda aparılan hər 4 əməliyyatdan birinin "token" əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır. Bu isə Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir".