İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 17 % artıb
- 1-08-2023, 16:12
- İqtisadiyyat
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 11,578 milyon manat mənfəətlə başa vurub.
“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 % çoxdur.
Yanvar-iyun aylarında İKZF-nın faiz gəlirləri 37,817 milyon manat (illik müqayisədə 21,2 % çox), faiz xərcləri 20,805 milyon manat (24,8 % çox), gözlənilən kredit zərəri 475 min manat (24,6 % az), haqq və komissiya gəlirləri 635 min manat (13,6 % az), haqq və komissiya xərcləri 861 min manat (42,5 % çox), digər gəlirləri 661 min manat (12,4 % çox), insan resursları üzrə xərcləri 3,001 milyon manat (25,6 % çox), inzibati və digər xərcləri isə 2,393 milyon manat (2,5 % çox) təşkil edib.
Bu il iyulun 1-nə İKZF-nın aktivləri 2 542,149 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,5 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 20,9 % artaraq 1 480,805 milyon manata, balans kapitalı isə 10,8 % artaraq 1 061,344 milyon manata, o cümlədən nizamnamə kapitalı 11,9 % artaraq 893 milyon manata çatıb.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.