Bakıda avtobuslarda bank kartlarının ödəniş vasitəsi kimi istifadə edilməsinin vaxtı açıqlanıb
- 20-06-2023, 15:45
- Manset / İqtisadiyyat
Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.
"Report" xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Bu ilin sonuna kimi "BakıKart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək".