Amerikalıların borcları 15 trilyon dollara çatır
ABŞ əhalisinin borcları 2021-ci ilin ikinci kvartalında son səkkiz ildə ən yüksək templə (2.1 faiz) artıb.
Bu barədə Lenta.ru yazıb.
Ölkə əhalisinin ümumi borclarının həcmi isə artıq 15 trilyon dollara çatır.
Birinci kvartalla müqayisədə borclanma 313 milyard dollar artıb. Borcların artmasında ən çox ipoteka kreditlərinin rolu olub. Bu cür kreditlərin sayı 282 milyard dollar artaraq 10,44 trilyon dollara çatıb. Amerikalıların kredit kartlarına olan borcları da 17 milyard dollar həcmində artıb.