Azərbaycanda maliyyə axını II rübdə 7 % artıb
- 11-07-2023, 17:45
- Manset / İqtisadiyyat
Bu ilin II rübündə Azərbaycanda maliyyə axını 29,2 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin II rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 %), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 %) və tikinti (10,2 %) olub.
Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə mədənçıxarma sənayesi (624,4 milyon manat), eləcə də nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat) olub.