Makronu aşağılayan sorğu: Fransızlar ona etibar etmir - ŞƏRH
Fransada keçirilən sorğunun nəticələri Prezident Emmanuel Makrona qarşı nifrət və etimadsızlığın pik həddə çatdığını üzə çıxarıb. Dövlət başçısına inamsızlıq o həddə çatıb ki, əhali artıq onu təhlükəsizliklərinin təminatçısı kimi görmür. O, ölkədə və onun hüdudlarından kənarda baş verən genişmiqyaslı etirazlar fonunda əksəriyyətin sevmədiyi liderə çevrilib. Prezident açıqlamaları, davranışları ilə nifrət doğurmaqla yanaşı, gülüş, istehza hədəfidir. Belə ki, onun sadə fransızlar arasında nüfuzu və hörmətini itirməsini təsdiqləyən soğru gündəm olub. “Overclockers.ru” nəşrində dərc olunan “Fransızlar Prezident Emmanuel Makrona və onun siyasətinə niyə etibar etmir? başlıqlı məqalədə qalmaqallı və rüsvayçı sorğunun təfərrüatları açıqlanıb. Soğru məşhur CSA (Consumer Science & Analytics) institutu tərəfindən həyata keçirilib və Fransa rəhbərinə mənfi münasibəti üzə çıxarıb.
E.Makron özünü uzun müddət Avropanın güclü adamı, daxili və xarici vəziyyəti guya nəzarətdə saxlamağa çalışan lider görüntüsü yaratmağa çalışıb. Lakin müəlliflər qeyd edirlər ki, Makronun avtoriteti günbəgün aşağı düşməkdədir. Və bu, tək fransızlar arasında deyil, “fransız Afrikası”- qara qitənin frankofon regionu sakinləri arasında, Afrikanın hüdudlarından kənarda da özünü qabarıq göstərir. Qeyd edək ki, adıçəkilən CSA institutu 1989-cu ildən Fransada müxtəlif elektron kütləvi informasiya vasitələrinin nizamlanması, sosial şəbəkələrdə ictimai rəyin tədqiqi ilə məşğul olur.
Beləliklə, institutun keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 70 faizi ictimai asayişin təmin olunması məsələsində E.Makrona etibar etmir. Maraqlıdır ki, ölkə başçısına güclü inamsızlığı əks etdirən belə bir nəticə onun Yeni Kaledoniyada verdiyi müsahibədən iki gün sonra üzə çıxıb. Həmin müsahibəsində Makron son iğtişaşlardan sonra ölkə ərazisində asayişi bərpa edəcəyinə söz verib.
Makronun aktiv prezidentə çevriləcəyi və Fransanın qüdrətini bərpa edəcəyi barədə gurultulu vədləri fonunda fransız şərhçilər maraqlı bir məsələyə toxunurlar. Onların qənaətincə, Makron heç kimin sevmədiyi, nifrət etdiyi gülüş obyektinə çevrilib. Makronun ideologiyasına gəldikdə - qeyri-dəqiq və mükəmməlsizlik kimi rəylər verilib. Məsələn, müsəlmanları müdafiə etməsi dərhal Fransada İslama və imamlara qarşı sərt tədbirlərlə əvəz olunur, "anti-müstəmləkəçiliyə dönüş” haqqında demaqoq nitqləri isə dərhal Afrikadakı neokolonializmin çoxsaylı təzahürləri ilə təkzib olunur. Hər şey ona gətirib çıxarır ki, nəticədə Makronu heç kim sevmir: solçular üçün o, zənginləri qoruyan prezident, sağçılar üçün kosmopolit, miqrantlar üçün çox sərt, yerli sakinlər üçün isə fransız adət-ənənələrinə xəyanət edən xaindir.
Fransızlar xüsusilə Makronun sosial siyasətinin uğursuzluğundan, onun neoliberal dəyərlərə diqqət yetirməsindən - pulu istənilən yolla əhalidən çıxarmasından narazıdır. Buna misal olaraq, Fransada başlayan “sarı jiletlilər”in son etiraz dalğasını göstərmək olar. Fransızların səbrini alt-üst edən digər amil Makronun pensiya islahatı olub. Böyük bankirlərlə işləyən, Rotşildlərlə karyera quran, onların dəstəyi və maliyyəsi sayəsində hakimiyyətə gələn Makronu fransızlar qlobalist oliqarxlarla əlaqələndirirlər. Ona hətta alçaldığı mahnı da bəstələnib - “The Banker”.
Fransada “makronizm” dövründə hökm sürən miqrasiya xaosu, xüsusən də Avropa paytaxtlarına gələn radikalların törətdiyi çoxsaylı terror aktları fonunda Makronun siyasəti geniş tənqidlərə səbəb olur. Əksər miqrantların işləmək, ancaq sosial müavinətlə yaşamaq istəmədiklərini nəzərə alsaq, fransızlar respublikanın uzun illər boyu məşhur olduğu sosial sistemin dağılmasından qorxurlar.
Makrona qarşı tənqidlər təkcə Fransa vətəndaşları tərəfindən deyil, digər ölkələrin siyasətçiləri və liderləri tərəfindən də edilir. Bununla da onların Makrona mənfi münasibəti bütün Fransa dövlətinə ötürülür. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ən azı iki dəfə Makrona beyninin adekvat işləməsini yoxlamağı təklif edib. Keçmiş ABŞ Prezidenti Donald Tramp isə 2018-ci ilin aprelində Vaşinqtona səfəri zamanı Makrona qarşı kifayət qədər alçaldıcı hərəkətləri ilə yadda qalıb. ABŞ-ın eks prezidentin həmkarını açıq şəkildə ələ salaraq, onun çiynindəki kəpəyi silkələdiyi də unudulmamalıdır.
Sonda qeyd etmək yerinə düşər ki, Makronun təkəbbür, narsizm kimi xarakterik xüsusiyyətləri Fransada artıq qəbul edilmir. Məsələn, dövlətin birinci şəxsinin üzünə vurulan sillə fransızların Makrona kifayət qədər mənfi münasibətindən xəbər verir. Makron və onun siyasəti haqqında mənfi təsəvvürü isə bu yaxınlarda Fransada dərc olunan kifayət qədər açıq başlıqlı bir kitabla tam xarakterizə etmək olar - “Xain və cılız insan”!