Volodimir Zelenski: “Müharibə bitərsə, gələn il seçkilər olacaq”
Müharibə bitərsə, Ukraynada gələn il prezident seçkiləri keçirilə bilər.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.
“Bu, qlobal məsələdir. Biz qalib gəlsək, onda olacaq. Deməli, hərbi dövr olmayacaq, müharibə olmayacaq”, - deyə Zelenski bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna qanunvericiliyinə görə, seçkilər sülh şəraitində, müharibə olmayan vaxtda keçirilməlidir.
“Mən çox istəyirəm ki, gələn il sülh olsun və həyat müharibədən əvvəlki kimi davam etsin”, - deyə o əlavə edib.
Qeyd edək ki, müharibə başlamazdan əvvəl Ukraynada parlament seçkilərinin bu ilin oktyabrında, prezident seçkilərinin isə 2024-cü ilin martında keçirilməsi nəzərdə tutulmuşdu.