Zelenski Ukraynanın hədəflərini açıqlayıb: “Rusiya qoşunlarını geri çəkməlidir”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı müharibə kontekstində ölkəsinin prioritet məqsədlərini izah edib.
“Report”un məlumatına görə, o, bu barədə rusiyalı jurnalistlərə müsahibəsində bildirib.
“Qurbanların sayını minimuma endirmək, müharibənin müddətini qısaltmaq, əraziləri güzəştə getmək üçün Rusiya qoşunlarının çıxarılması - və bu, 24 fevraldan əvvəl, hücumdan əvvəl olan hər şeydir”, - Zelenski deyib.
“Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Hər şeyi çox yaxşı başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Haradan başlamısınızsa, ora qayıdın və biz orada çətin Donbas məsələsini həll etməyə çalışacağıq”, - o əlavə edib.